"İttifaq arasında fikir ayrılığı var" barǝdǝki iddilar tǝkzib edi

ABŞ Dövlǝt Departamenti, Vaşinqton Post qǝzetinin “Türkiyǝ-ABŞ ittifaqı arasında fikir ayrılığı var” barǝdǝki iddialarını tǝkzib edib.

175466
"İttifaq arasında fikir ayrılığı var" barǝdǝki iddilar tǝkzib edi

ABŞ Dövlǝt Departamenti, Vaşinqton Post qǝzetinin “Türkiyǝ-ABŞ ittifaqı arasında fikir ayrılığı var” barǝdǝki iddialarını tǝkzib edib.
Türkiyǝnin önǝmli bir NATO müttǝfiqi olması ilǝ yanaşı İŞİD-i zǝiflǝdǝrǝk mǝhv etmǝ səylərində əsas tərəfdaş olduğunu bildirǝn nümayǝndǝ Cen Psaki, Türkiyǝ ilǝ birlikdǝ çalışmağa davam edǝcǝklǝrini dilǝ gǝtirib. Onun sözlǝrinǝ görǝ, Vaşinqton Ankara “İŞİD”ǝ qarşı ǝlavǝ addımların atılması barǝdǝ fǝal dialoq aparır.
Psaki, bu xǝbǝrin ABŞ Dövlǝt Departamentinin düşüncǝlǝrini ǝks etdirmǝdiyini dǝ sözlǝrinǝ ǝlavǝ edib.
Qeyd edǝk ki, qǝzetdǝki xǝbǝrdǝ Suriya böhranı çǝrçivǝsindǝ iki ölkǝ arasındakı fikir ayrılıqlarının ittifaqın gücünü sınadığı iddia edilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr