Cəmil Çiçək terrora qarşı əməkdaşlıq çağırışı edib

Türkiyə Böyük Millət Məclisinin sədri terrorla mübarizədə beynəlxalq ictimaiyyətə səslənib.

175241
Cəmil Çiçək terrora qarşı əməkdaşlıq çağırışı edib

Beynəlxalq terrordan əziyyət çəkən insan haqları simpoziumunda çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, terrorla mübarizəyə toxunub. Türkiyə Böyük Millət Məclisinin sədri terrorla mübarizədə beynəlxalq ictimaiyyətə səslənib və buna İŞİD-i nümunə göstərib. Çiçək “Heç bir terror təşkilatı beynəlxalq dəstək olmadan bir neçə gündən artıq fəaliyyət göstərə bilməz” Bir-birinin axşam hansı yeməyi yediyini müşahidə edən dövlətlər necə olur da 80 ölkədən gələn bu terror qruplarını fərqinə varmır” deyib.

Çiçək, “Bu terror adlanan bəla, insanlıq bəlasıdır, Ebola virusu kimi siz də yoluxarsınız, gəlin əməkdaşlıq edək" deyib. Məclis sədri Çiçək, İŞİD təhdidinə işarə edib, terrorla mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr