Türkiyə Baş Qərargah rəisindən bayram mesajı

Baş qərargah rəisi General Necdət Özel Cümhuriyyǝt günü münasibətilə bayram mesajı ünvanlayıb.

173100
Türkiyə Baş Qərargah rəisindən bayram mesajı

Baş qərargah rəisi General Necdət Özel Cümhuriyyǝt günü münasibətilə bayram mesajı ünvanlayıb və Türk millətinin etibarını və hər zaman birlikdə güclü sabahlar qurma iradəsini əks etdirən Cümhuriyyǝtin, həm hər sahədə irəliləməninin mənbəyi, həm də damı altında toplananların hər cür təhdiddən qoruyaraq milli birlik və birliyin təmin edilməsinin ən böyük zəmanəti olduğunu ifadə edib.
Cümhuriyyǝtin, Türk millətini müasir mədəniyyət səviyyəsinə çatdıracaq addımların ən əhəmiyyətlisi olduğunu vurğulayan Necdet Özel, "Bu gün, ətrafımızdakı coğrafiyaya və baş verən hadisələrə diqqətlə baxdığımızda Atatürkün o gün ortaya qoyduğu bu iradənin məna və dəyərini daha aydın görürük” deyib.
Baş qərargah rəisi mesajında, "Cümhuriyyǝt Bayramının il dönümü ərəfəsində bizlərə cümhuriyyǝtimizi ǝrmağan edən başda əbədi Baş komandirimiz Qazi Mustafa Kamal Atatürk və silah yoldaşları olmaqla İstiqlal mübarizəmizin bütün qəhrəmanlarını, təkrarolunmaz fədakarlıqları ilə millətimizin qəlbində əbədiləşdirən bu vətəni bizlərə miras buraxan bütün şəhidlərimizə və əbədiyyətə qovuşduran qazilərimizə rəhmət diləyir, hörmətlə xatırlayıram” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr