Bayden Türkiyəyə səfərə gələcək

Bayden prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə görüşəcək.

172765
Bayden Türkiyəyə səfərə gələcək

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəyə səfərə gələcək.
Vitse-prezident noyabrın 17-dən etibarən Mərakeş, Ukrayna və Türkiyəyə reallaşdıracaq səfərlərində əvvəlcə Mərakeşdə 5-ci qlobal Sahibkarlıq Sammitində ABŞ nümayəndə heyətinə başçılıq edəcək, sonra Ukraynaya gedəcək və Dövlət başçısı Petro Poroşenko ilə bir araya gələcək.
Daha sonra Türkiyəyə gələcək Bayden prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə görüşəcək.
Bayden, Ərdoğandan “üzr” istəməsindən sonra ilk dəfə prezident ilə görüşəcək. Xatırladaq ki, bir neçə həftə bundan əvvəl Bayden prezident Ərdoğana qarşı işlətdiyi ifadələrə görə üzr istəmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr