Dövlǝt başçısı Estoniyada görüşlǝrini başa vurub

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan, Baltik ölkələrinǝ reallaşdırdığı sǝfǝrini Estoniyada keçirdiyi görüşlǝrlǝ başa vurub.

170630
Dövlǝt başçısı Estoniyada görüşlǝrini başa vurub

Dövlǝt başçısı Ərdoğan Estoniyada görüşlǝrini başa vurub
Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan, Baltik ölkələrinǝ reallaşdırdığı sǝfǝrini Estoniyada keçirdiyi görüşlǝrlǝ başa vurub.
Latviya kimi Estoniya da Türkiyənin Avropa İttifaqına üzvlük prosesinə dəstəyini bir daha dilǝ gǝtirib.
Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan üçün prezidentlik Sarayında dünən rəsmi qarşılama mərasimi təşkil edilib.
Dövlǝt başçısı, daha sonra həmkarı Toomas Hendrik İlves ilə görüş keçirib.
Әrdoğan, heyətlərarası görüşlərdən sonra təşkil edilǝn birgə mətbuat konfransında İŞİD-le mübarizə mǝsǝlǝsinǝ toxunaraq deyib ki, Kobanidǝ peşmergǝlǝrlǝ yanaşı Azad Suriya Ordusu da mübarizə edəcək, PYD isǝ Azad Suriya Ordusundan min 300 adamı qəbul edib.
Dövlǝt başçısı, Kobanidǝn keçəcək peşmergǝ sayının 200-dən 150-yə endirildiyi barǝdǝ də mǝlumat verib.
Әrdoğana Rusların ilhaq etdiyi Krımdakı Tatarların vəziyyəti də soruşulub.
Ərdoğan, "Krım Tatarlarına qarşı Rusiya Federasiyasının atdığı addımı tanımadığımızı hǝr zaman söylədik. Bu mövzu ilə əlaqədar hər cür dəstəyi verməyə davam edirik, Estoniyanın Krım Tatarlarına verdiği dəstəyə görə təşəkkür edirəm." deyə bildirib.
Estoniya dövlǝt başçısı Toomas Hendrik İlves də Türkiyənin Avropa İttifaqına üzvlük prosesinə dəstəyini dilə gətirib.
Dövlǝt başçısı Ərdoğan, daha sonra Müstəqillik Müharibǝsi Abidǝsini və NATO Kiber Müdafiə Əməkdaşlıq Mərkəzini gəzib.
Estoniya parlamentinin sədri Eiki Nestoru da ziyarət edən Dövlǝt başçısı Ərdoğan, Estoniya dövlǝt başçısı İlvesin şərəfinə verdiyi axşam yeməyinə qatılıb.
Dövlǝt başçısı, Estonyadakı səfərindən sonra gecə saatlarında Türkiyəyə qayıdıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr