Xarici İşlər Nazirliyinin açıqlaması

Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatında reallaşan müvəqqəti üzvlüyə seçkilərdən sonra açıqlama verib.

160508
Xarici İşlər Nazirliyinin açıqlaması

Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatında reallaşan müvəqqəti üzvlüyə seçkilərdən sonra açıqlama verib.
Açıqlamada, BMT Təhlükəsizlik Şurasının fəaliyyəti və şəffaflığını gücləndirmək istiqamətində həyata keçirilən işlərə dəstək veriləcəyi bildirilib. "Türkiyə, BMT Təhlükəsizlik Şurasının dünya gündəmindəki məsələlər qarşısındakı fəaliyyətini, şəffaflığını gücləndirmək istiqamətindəki işlərə dəstək verməkdə davam edəcək" deyə vurğulanır.
Beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətindəki səylərə yardım ediləcəyi vurğulanan açıqlamada Türkiyənin 2014-cü il dekabrın 1-i tarixindən etibarən 20-lik ölkələrinin rəhbərliyini üzərinə götürəcəyi qeyd edilib. Məlumatda həmçinin, 2016-ci ilin may ayında ilk dəfə keçiriləcək Dünya Humanitar Sammitinə Türkiyənin ev sahibliyi edəcəyi də vurğulanır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr