Çavuşoğlu, BMT Baş katibi Pan Gi Munla görüşüb

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu Nyu Yorkdakı görüşlǝri çǝrçivǝsindǝ BMT Baş katibi Pan Gi Munla bir araya gǝlib.

159949
Çavuşoğlu, BMT Baş katibi Pan Gi Munla görüşüb

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu Nyu Yorkdakı görüşlǝri çǝrçivǝsindǝ BMT Baş katibi Pan Gi Munla bir araya gǝlib.
Baş katib, BMT Tǝhlükǝsizlik Şurasına namizǝdlik prosesindǝ ǝdalǝtli bir kampaniya keçirildiyini bildirǝrǝk, Türkiyǝnin dǝ daha sonra Şurada vǝzifǝ öhdǝsinǝ götürǝ bilǝcǝyini deyib.
İŞİD ilǝ mübarizǝ mövzusunda da beynǝlxalq ictimaiyyǝtdǝ strategiya sahǝsindǝ bir nöqsan olduğunu vurğulayan Baş katib bildirib ki, İraq vǝ bölgǝdǝki problemlǝr ancaq ǝmǝkdaşlıq vǝ düzgün strategiya ilǝ hǝllini tapa bilǝr.
Xarici İşlǝr naziri Çavuşoğlu da, Tǝhlükǝsizlik Şurası seçkilǝrindǝ demokratiyanın qazandığını vǝ Türkiyǝnin BMT-dǝki fǝaliyyǝtlǝrini davam etdirǝcǝyini deyib.
Çavuşoğlu, Türkiyǝnin 2016-ci ildǝ İstanbulda İnsani Zirvǝyǝ ev sahibliyi edǝcǝyini vǝ İstanbulu bir BMT mǝrkǝzinǝ çevirmǝ sǝylǝrinin davam edǝcǝyini vurğulayıb.
Fǝlǝstindǝ daimi sülhün yaranmasının lazım olduğuna işarǝ edǝn Çavuşoğlu, Türkiyǝnin Qǝzzanın bǝrpasına 200 milyon dollar yardım edǝcǝyinǝ dair söz verdiyini açıqlayıb.
Görüşdǝ, Türkiyǝnin suriyalı qaçqınlar üçün 4 milyard yarım dollar xǝrclǝdiyini da ifadǝ edǝn nazir, sadǝcǝ keçǝn il Türkiyǝdǝ 33 mindǝn artıq suriyalı uşağın doğulduyunu deyib.
Çavuşoğlu, Türkiyǝnin BMT kimi rǝftar etmǝsinin dǝ qǝyri-mümkün olduğunu vurğulayaraq, beynǝlxalq ictimaiyyǝtin bu mǝsǝlǝyǝ hǝssaslıqla yanaşmasının vacibliyini dilǝ gǝtirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr