Baş nazir Davudoğlu Әl-Cәzirә televiziya kanalına müsahibә verib

Əhməd Davudoğlu, Kobani olaraq bilinən Ayn Әl Әrab-dә İŞİD-ә müdaxilә etmәk üçün Türkiyənin tәlәblәri haqqında danışıb.

159553
Baş nazir Davudoğlu Әl-Cәzirә televiziya kanalına müsahibә verib

Baş nazir Əhməd Davudoğlu, Əl-Cəzirə televiziya kanalına verdiyi müsahibәdә, Kobani olaraq bilinən Ayn Әl Әrab-dә İŞİD-ә müdaxilә etmәk üçün Türkiyənin tәlәblәri haqqında danışıb.
“Suriyadakı zülm yeni başlamadı, 3 il yarımdır davam edir” deyən Davudoğlu, “Beynəlxalq cəmiyyət yalnız Aynəl Әl Ərəbi deyil, bütün Suriya xalqını qoruyacaq bir strategiya ortaya qoymalıdır. Bir hәftә әrzindә Ayn әl әrәbdәn ayrılan 200 min kürd qardaşımıza qapımızı açdıq. Avropanın 3 il yarm әrzindә qəbul etdiyi mәcburi kökçün sayı bizim 3 gündə qəbul etdiyimizdən daha azdır” deyә vurğulayıb.
Əsəd qoşunları tәrәfindәn tәşkil edilәn әmәliyatların sona çatacağı müddәtә qәdәr Türkiyəyə qaçqın gәlmәkdә davam edәcәyini ifadә edәn baş nazir Davudoğlu, Suriyada zülmün bitməsi üçün etibarlı bölgə yaradmaq vacibdir. BMT və ya beynəlxalq koalisiyanın zәmanәti altında, insanların hava və quru bombardmanından qorunmaq üçün sığına bilәcәklәri bir bölgәyә zәrurәt vardır deyib.
Baş nazir Davudoğlu, etibarlı bölgə elan edilməsini istədiyi yerləri də ilk dəfə açıqlayıb. Onun sözlәrinә görә etibarlı bölgә, Hələb, İdlib, Ayn əl Ərəb yəni Kobani və Türkiyə sərhədi arasında olmalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr