Әrdoğan-putin arasında telefon danışığı

prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinlə dünən telefon danışığı aparıb.

153782
Әrdoğan-putin arasında telefon danışığı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinlə dünən telefon danışığı aparıb. Prezident mənbələrindən əldə edilən məlumata görə görüşdə ikitərəfli əlaqələrin müzakirəsi ilə yanaşı bəzi beynəlxalq problemlərə də toxunulub. Danışıqlarda ikitərəfli münasibətlərdə ən əhəmiyyətli mexanizmlərdən biri olan Səviyyə Əməkdaşlığı Şurası konfransının ilin sonunda reallaşdırılması barədə razılıq əldə olunub. Prezident Ərdoğanın telefon söhbəti əsnasında Türkiyənin PKK və İŞİD kimi təşkilatlarla mübarizə etmiş bir ölkə olaraq terrorun hər növünə qarşı olduğuna diqqəti çəkərək oktyabrın 5-də Qroznıda baş verən terror hücumunda insan itkisi ilə əlaqədar Putinə başsağlığını da çatdırıb. Türkiyənin dövlət başçısı Putinə Krımdakı tatar türklərinin yaşadıqları çətinlikləri da xatırladıb. Bu narahatlıqların aradan qaldırılması üçün lazımi həssaslığın göstəriləcəyindən əmin olduğunu ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr