NATO baş katibi Ankarada görüşlǝr keçirib

NATO-nun hər zaman Türkiyəni müdafiə etməyə hazır olduğunu bildirǝn edən Stoltenberg, bölgədə Türkiyə kimi güclü bir ölkənin varlığının NATO üçün şans olduğunu qeyd edib.

152580
NATO baş katibi Ankarada görüşlǝr keçirib

Türkiyə, başda Suriya olmaqla yerlǝşdiyi bölgǝdǝ mǝnfi hadisǝlǝrin baş verdiyi bir vaxtda önǝmli bir şǝxsi qonaq etdi.
NATO-nun baş katibi Cens Stoltenberg, xüsusilə İŞİD təhdidilǝ mübarizǝdǝ atılan addımları və Türkiyənin mübarizəyə verəcəyi dəstəyi müzakirǝ etmǝk mǝqsǝdi ilǝ dünən Ankaraya gəlib.
Baş katibin ilk dayanacağı Xarici İşlər Nazirliyi olub, görüşdǝ, Türkiyənin fikirləri bir dəfə daha dilə gətirilib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu, quru əməliyyatı daxil hər cür ǝmǝliyyatın qiymətləndirilməsinin lazım olduğuna işarə edib.
Çavuşoğlu, Suriya və bölgədəki qeyri-sabitliyin səbəbinin Əsəd rejimi olduğunu vurğularkən, əhatəli bir strategiyanın vacibliyini ifadǝ edib.
NATO-nun baş katibi seçildiktǝn sonra ikinci sǝfǝrini Türkiyəyə reallaşdıran Stoltenberg isə Ankaraya olan dəstəyini bir daha dilǝ gǝtirib.
Stoltenberg, uçuşa qadağan bölgə və tǝhlükǝsiz bölgə yaradılması ilə əlaqǝdǝr mövzunun görüşlǝrdǝ müzakirǝ edildiyini bildirib.
NATO-nun baş katibi, Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə də görüşüb.
Görüşden sonra açıqlama verǝn Baş nazir Davudoğlu, bölgədǝ çǝtin vǝziyyǝtin hakim olduğunu, problemlərin həlli mövzusunda NATO-nun Patriot raket müdafiə etmə sistemi başda olmaq üzrə verǝcǝyi dayağın önǝmli olduğunu vurğulayıb.
NATO-nun baş katibi də, İraq və Suriyada yaşanan mənfiliklərdən ən çox Türkiyənin təsirləndiyini ifadə edib.
NATO-nun hər zaman Türkiyəni müdafiə etməyə hazır olduğunu bildirǝn edən Stoltenberg, bölgədə Türkiyə kimi güclü bir ölkənin varlığının NATO üçün şans olduğunu qeyd edib.
Stoltenberg, Baş qərargah rǝisi, general Nǝcdət Özǝli də ziyarət edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr