Әrdoğan ilә Hollande arasında telefon danışığı

Prezident Rəcəb Tayyib Ərdoğan ilә Fransa prezidenti Fransua Hollande arasında telefon danışığı olub.

151335
Әrdoğan ilә Hollande arasında telefon danışığı

Prezident Rəcəb Tayyib Ərdoğan ilә Fransa prezidenti Fransua Hollande arasında telefon danışığı olub.
Prezidentin mәtbuat xidmәtindәn әldә edilәn mәlumata görә, iki lider danışıq zamanı, İŞİD başda olmaqla terrora qarşı mübarizә və bu çәrçivәdә əməkdaşlığın əhəmiyyət daşıdığını vurğulayıb.
Prezident Ərdoğan Türkiyənin, İŞİD terroru səbəbiylə Kobani şәhәrini tәrk edәn təxminən 200 min qaçqını qәbul etdiyini, onların arasında yaralı olanların isә Türkiyә xəstəxanalarında müalicә edildiklәrini qeyd edib. Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanun layihәsinin İŞİD və digər terror təşkilatlara qarşı mübarizə baxımından böyük əhəmiyyət daşıdığına diqqət çəkәkәn Әrdoğan, Suriyada uçuşa qadağan bölgə və mәcburi köçkünlәr üçün etibarlı bölgə yaradılmasının vacibliyini vurğulayıb. İraqda cәrәyan edәn proseslәrin dә tәhlil edildiyi görüşdә, yeni hökumətin ölkədəki bütün seqmentləri qucaqlaması, mövcud ordunun peşәkar bir quruluşa çevrilmәsinin әhәmiyyәtinә tәkid edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr