Baş nazir: "həll prosesi ilə ictimai nizam bir-birinin alternativi deyil"

Dünən gözlər Ankarada- Baş nazir Əhməd Davudoğlunun başçılığı ilə keçirilən Təhlükəsizlik Zirvəsində idi.

151478
Baş nazir: "həll prosesi ilə ictimai nizam bir-birinin alternativi deyil"

Türkiyənin Suriya sərhədində gərginlik yaşandığı bir vaxtda dünən gözlər Ankarada- Baş nazir Əhməd Davudoğlunun başçılığı ilə keçirilən Təhlükəsizlik Zirvəsində idi. Davudoğlu sammitin ardından mətbuata açıqlama verib. Suriya və İraqda yaşanan dramatik hadisələr qarşısında ən insani rəftarı Türkiyənin göstərdiyini söyləyən Baş nazir "terrorun sona çatması üçün aparılan həll prosesi ilə ictimai nizam bir-birinin alternativi deyil" deyə bildirib. Ölkə xaricində yaşanan bir hadisənin daxili siyasət həddinə gətirilməsinə icazə verilməyəcəyini ifadə edən Davudoğlu Kobanidə yaşananlardan Türkiyəni məsul tutanlara səslənib. Baş nazir "Bu hadisələrin günahı əvvəlcə Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurasının və daimi 5 üzvün üzərindədir." deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr