Yunanıstanın Ankara sǝfiri Xarici İşlǝr Nazirliyinǝ çağırılıb

Qıbrıs müzakirǝlǝrindǝ yaşanan böhranın ardından Yunanıstanın Ankara sǝfiri Xarici İşlǝr Nazirliyinǝ çağırılıb.

150964
Yunanıstanın Ankara sǝfiri Xarici İşlǝr Nazirliyinǝ çağırılıb

Qıbrıs müzakirǝlǝrindǝ yaşanan böhranın ardından Yunanıstanın Ankara sǝfiri Xarici İşlǝr Nazirliyinǝ çağırılıb.
Qıbrıs Rum rǝhbǝrliyinin Aralıq dǝnizindǝki tǝbii qaz axtarma fǝaliyyǝtlǝri, rǝsmi Ankara ilǝ Afina arasında gǝrginliyi artırıb.
Rumlar, Türkiyǝni tǝbii qaz axtarma fǝaliyyǝtlǝrinǝ müdaxilǝ etmǝkdǝ günahlandıraraq, Qıbrıs sülh danışıqlarından çǝkilib.
Bunun qarşısında Yunanıstan, dünǝn Türkiyǝ sǝfiri Kǝrim Urası Xarici İşlǝr Nazirliyinǝ çağırmışdır.
Bu gün isǝ Yunanıstanın Ankara sǝfiri Kyriakos Loukakis, Xarici İşlǝr Nazirliyinǝ çağırılıb.
Sǝfir bu saatlarda, Nazirliyin müşavir müavini Әhmǝd Muhtargün ilǝ görüşür.
Sǝfirǝ, Rum rǝhbǝrliyi vǝ Yunanıstanın Türkiyǝ ǝleyhinǝ açıqlamaları soruşulur vǝ mǝlumat istǝnir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr