Prezident Ərdoğan -Biden arasında Telefon danışığı

Prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ vitse prezidenti Joe Biden ilə ötәn gün telefon vasitәsi ilә görüşüb.

149020
Prezident Ərdoğan -Biden arasında Telefon danışığı

Prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ vitse prezidenti Joe Biden ilə ötәn gün telefon vasitәsi ilә görüşüb.
Ərdoğan-Biden arasındakı telefon danışığı zamanı ikitərəfli əlaqələr, Suriya və İraqda cәrәyan edәn proseslәr tәhlil edilib.
İki müttəfiq ölkə olaraq bölgədə ortaq strategiya izləmənin əhəmiyyət daşıdığının vurğulandığı danışıqda, İŞİD başda olmaqla terrora qarşı birgə mübarizə mövzusu da müzakirә edilib. Biden, Türkiyәnin Kobani şәhәri başda olmaqla qarşıdurmaların davam etdiyi bölgәlәrdәn qaçan köçkünlәrә qucaq açması, onlara yardım etmәsi, tәqdirә layiq haldır deyib.
Prezident Ərdoğan da, yaşanan drama hәll yolu tapmaq baxımından, Suriyada uçuşa qadağan bölgə elan edilmsi və sərhəd mәntәqәsindә Suriya әrazilәrindә etibarlı bölgə yaradmanın əhəmiyyətinə diqqət çəkib.
Suriyada da təhlükəsizlik və sabitliyin bәrpa edilmәsinin əhəmiyyətinə toxunulan danışıqda, Türkiyə və ABŞ-nın bu mövzuda diplomatik, hərbi və kәşfiyyat sahәlәrindә əməkdaşlığın davamı barәdә razılıq razılıq әldә edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr