Davudoğlu: "Türkiyə hər cür ssenariyə hazır"dır

Baş nazir Davudoğlu Məclisdə qəbul edilən qәrar layihәsinin birləşdirilməsi ilə daha sürətli addım atmağın mәqsәd götürüldüyünü bildirib.

148050
Davudoğlu:  "Türkiyə hər cür ssenariyə hazır"dır

Baş nazir Əhməd Davudoğlu,Çankaya Köşkündә tәşkil edilәn təhlükəsizlik zirvə toplantısından sonra bir televiziya kanalına açıqlama verib. 

Baş nazir Davudoğlu Məclisdə qəbul edilən qәrar layihәsinin birləşdirilməsi ilə daha sürətli addım atmağın mәqsәd götürüldüyünü, ancaq bunun yeni bir addım olmadığını mövcud qәrar layihәsinin günün şәrtlәri ilә uyğunlaşdırıldığını qeyd edib. 

Bölgədә hökm sürәn vәziyyәtdәn həll prosesinin mәnfi tәsirlәnmәyәcәyini deyәn Davudoğlu, Kobani şәhәrindәn gələn qardaşlarımıza qucaq açdıq. Ordaki kürd qardaşlarımızı qoruyuruq. Lakin bunu həll prosesi ilə birbaşa əlaqəlәndirmәnin düzgün olmadığını vurğulayıb.
Süleyman Şah türbəsi ilə əlaqədar lazımlı tədbirlәrin görüldüyünü ifadə edәn baş nazir Davudoğlu, Türkiyənin hər cür ssenariyə hazır olduğunu qeyd edib.
Bölgədəki hadisələrdәn ən çox Türkiyənin tәsirlәndiyini deyәn Davudoğlu, uçuşa qadağa edilmiş sahәnin yaradılmasının vacibliyini dә sözlәrinә әlavә edib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr