Türkiyənin Suriya sərhədində təhlükəsiz bölgə tələbi

Türkiyənin Suriya sərhədində təhlükəsiz bölgə tələbi Baş nazirin müavini Bülent Arınç tərəfindən də gündəmə gətirilib.

144202
Türkiyənin Suriya sərhədində təhlükəsiz bölgə tələbi

Türkiyənin Suriya sərhədində təhlükəsiz bölgə tələbi Baş nazirin müavini Bülent Arınç tərəfindən də gündəmə gətirilib.
Əfqanıstanın paytaxtı Kabildə yeni dövlət başçısı Әşrəf Qəninin andiçmə mərasiminə qatılan Bülənt Arınç dünən Türkiyə səfirliyində jurnalistlərin suallarını cavablandırıb.
Nazir müavini “Təhlükəsiz bölgə”, etibarlı bölgə və adına nə desək deyək Türkiyə, artıq insan köçünün qarşısını ala biləcək fərqli tədbirləri almaq məcburiyyətindədir" deyə bildirib. İraq və Suriyaya hərbi qüvvə göndərilməsinə dair icazə sənədinin qəbulu ilə bağlı fikirlərini də açıqlayan Arınç, "Hər iki qanun layihəsi əvvəl qəbul olunmuş layihələrdən daha fərqli və daha güclü olacaq" deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr