Xarici İşlər Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərinə cavabı

Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyinin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ünvanlanan müraciətinin "diplomatik qaydalara zidd olduğu üçün heç bir şəkildə qəbul edilə bilməyəcəyi" cavabını verib.

141385

Nazirlikdən edilən yazılı açıqlamada bildirilir ki, Türkiyənin demokratik prinsiplərə, beynəlxalq hüquqa və vicdani dəyərlərə söykənən, xalqların qanuni tələblərini əsas tutan bir xarici siyasət kursu var və beynəlxalq forumlarda da bu siyasətini ardıcıl bir şəkildə dilə gətirir. "Bu mövqeyimizdən narahatlıq duyan ölkələr ola bilər. Ancaq bu, o ölkələrə Hörmətli Dövləlt başçımızın danışıqlarını müzakirə etmək, ittihamlar irəli sürmək haqqını vermir. Belə bir yanaşma dostluq və qardaşlığa uyğun gəlməz. Bu çərçivədə Misirdəki hərbi çevrilişə dəstək verən Birləşmiş Ərəb Əmrliklərinin beynəlxalq əlaqələrin təməl dəyərlərinə hörmət etməsini və özüylə birbaşa əlaqəsi olmayan məsələləri şərh etməkdən imtina etməlsini gözləyirik". Nazirliyin açıqlamasında belə deyilir.

Xatırladaq ki, BBƏ-nin Xarici İşlər Nazirliyi Ərdoğanın BMT-də etdiyi çıxışını tənqid edən yazılı müraciət etmişdi. Müraciətdə Ərdoğanın Misirə hücum etmək üçün BMT platformasından sui-istifadə etdiyi, həmçinin Ərdoğanın Misir hökumətini və xalqını narahat etməyi dayandırması istənmişdi.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr