"Milli tǝhlükǝsizlik üçün lazım olan tǝdbirlǝr görülǝcǝkdir"

Baş nazir Әhmǝd Davudoğlu, dünǝn Әdalǝt vǝ İnkişaf partiyasının vilayǝt sǝdrlǝrinin toplantısına qatılıb.

141490
"Milli tǝhlükǝsizlik üçün lazım olan tǝdbirlǝr görülǝcǝkdir"

Baş nazir Әhmǝd Davudoğlu, dünǝn Әdalǝt vǝ İnkişaf partiyasının vilayǝt sǝdrlǝrinin toplantısına qatılıb.
Baş nazir toplantıda etdiyi çıxışda bölgǝdǝki prosesǝ toxunaraq deyib ki, Suriyadan gǝlǝnlǝrin sayı 160 mini keçib. Türkiyǝnin fǝrq qoymadan hǝr kǝsǝ sǝrhǝd qapılarını açma siyasǝti davam edir.
Baş nazir Davudoğlu, terrorun başa çatdırılması üçün başladılan hǝll prosǝsinin, etnik vǝ mǝzhǝb toqquşmaları sǝbǝbindǝn gǝrginliyin hakim olduğu Orta Şǝrqin yeganǝ uğurlu layihǝsi olduğuna işarǝ edib.
İŞİD terror tǝşkilatı ilǝ mübarizǝ prosesinǝ dǝ toxunan Baş nazir, milli tǝhlükǝsizlik üçün lazım olan tǝdbirlǝrin görülǝcǝyini bildirib.
Türkiyǝnin sabitliyin hakim olduğu ölkǝ kimi qala bilmǝsinin şǝrtinin, bölgǝdǝ dinclik vǝ sabitliyin tǝmin edilmǝsi olduğuna işarǝ edǝn Davudoğlu,”Hǝr hansı bir hǝrbi ǝmǝliyyat vǝ hǝll yolu, bölgǝyǝ dinclik vǝ sabitlik gǝtirmǝyi nǝzǝrdǝ tutursa buna dayaq olarıq.” deyǝ ifadǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr