Әrdoğan:"Diplomatların xilas edilmәsi, diplomatiya və siyasi bazarlığın zəfəridir"

Ərdoğan, ABŞ-a hərəkətindən əvvəl Esenboğa hava limanında açıqlama verib

133985
Әrdoğan:"Diplomatların xilas edilmәsi, diplomatiya və siyasi bazarlığın zəfəridir"

Prezident Ərdoğan,49 başkonsulluq personalının xilas edilmәsini, "Diplomatiya və siyasi bazarlığın zəfəri" deyәrәk xarekterizә edib.
Ərdoğan, ABŞ-a hərəkətindən əvvəl Esenboğa hava limanında verdiyi açıqlamada İŞİD tərəfindən girov götürülәn Mosul Başkonsulluğu personalının Türkiyəyə gətirilməsində maliyә bazarlıq söz mövzusu olmadığını, әməliyyatın Tütrkiyә kəşfiyyatının məharətini, hünerini ortaya qoyduğunu və bölgədə həqiqətən Türkiyənin nəzərə alınmasını tələb edən bir hərəkət olduğunu vurğulayıb.
ABŞ-na sәfәri çәrçivәsindә prezident Barak Obama ilə әtraflı görüş imkanın olmayacağını ifadә edәn Ərdoğan, vitse prezidentin tələbinә görә onunla bir araya gәlәcәyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr