Gəmiçilər Türkiyəyə dönür

124268
Gəmiçilər Türkiyəyə dönür

Kanadanın Kvebek əyalətinin Sorel limanına Phoenix Sun adlı yük gəmisini təmir etmәk üçün Kanadaya gedәn lakin maaşlarını ala bilmədikləri üçün çәtin vәziyyәtә düşәn 12 Türk gəmiçi vәtәnә dönür.
Türkiyənin Ottavadıkı səfirliyinin baş katibi Serkan Özdemir və katibi Burak Topraq, Sorel limanına gәlәrәk, gəmiçilərlә görüşüb.
Gəmiyə әrzaq yardımı aparan Özdemir 12 gәmiçinin sentyabırın 21 Airtransat Hava limanından İstanbula yola düşәcәklәrini bildirib.
Onuna sözlәrinә görә, Kapitan Semih Özkan maaş almadıqlarına görә çәtin vəziyyətə düşdüklərini, 12 nəfərin sentyabr ayı daxil olmaqla təxminən 105 min dollar mәblәğindә zәrәr çәkdiklәrini deyib.
Özdemir hәmçinin, mәsәlәnin Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasında (ITF) baxıldığını bildirib.
Bu arada Menpas şirkәti, gəmiçilərin iddialarını təkzib edərək, onların məqsədinin federasiyaya müraciət edərək daha çox pul qazanmaq olduğunu bildirib.
Gəmiçilərin bütün ehtiyaclarının ödənildiyini bildirən şirkәt, rәsmilәrin hadisəni daha da çox böyütməyərәk onları ölkələrinə göndərməlәrini məsləhət görüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr