62-ci hökumǝtin proqramı

Türkiyǝ Böyük Millǝt Mǝclisindǝ ötǝn gün keçirilǝn iclasda 62-ci hökumǝtin proqramı oxunub.

111071
62-ci hökumǝtin proqramı

Türkiyǝ Böyük Millǝt Mǝclisindǝ ötǝn gün keçirilǝn iclasda 62-ci hökumǝtin proqramı oxunub.
Proqram oxunmadan öncǝ Baş nazirin müavini Numan Kurtulmuş vǝ Daxili İşlǝr naziri Əfkan Ala and içib.
Daha sonra Baş nazir Əhmǝd Davudoğlu 62-ci hökumǝtin proqramını oxuyub. Proqramda ölkǝdǝ gǝlǝcǝk dövrdǝ atılacaq yeni addımlar vurğulanıb.
Baş nazir Davudoğlu deyib ki, bu seçimlǝ Türkiyǝnin qapıları sonuna qǝdǝr açılıb, mǝqsǝdimiz daha güclü vǝ nümunǝ bir ölkǝ olmaqdır.
Proqramda, demokratiya vǝ milli tǝhlükǝsizliyi tǝhdid edǝn ünsürlǝrlǝ mübarizǝnin davam edǝcǝyi bildirilib.
Milli birlik vǝ bǝrabǝrlik layihǝsinin, yeni hökumǝtin dǝ ǝn önǝmli gündǝm maddǝlǝrindǝn biri olacağını ifadǝ edǝn Baş nazir Əhmǝd Davudoğlu deyib ki, hökumǝtimiz dövründǝ ictimai bütövlük vǝ terrorla mübarizǝ sahǝsindǝ hǝyata keçirilǝn hǝll yolu prosesi davam etdirilǝcǝk.
Hökumǝt proqramında mǝhkǝmǝlǝrin müstǝqilliyi dǝ vurğulanıb.
62-ci hökumǝtin gündǝmindǝki digǝr bir önǝmli mövzu isǝ konstitusiya mǝsǝlǝsi olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr