Kütahya vilayәtindә zәfәr yürüşü

15 min gəncin iştirakı ilә qurtuluş döyüşü dastanının yazıldığı Dumlupınar Zәfәrtәpәyә yürüş tәşkil edib.

108909
Kütahya vilayәtindә zәfәr yürüşü

15 min gəncin iştirakı ilә qurtuluş döyüşü dastanının yazıldığı Dumlupınar Zәfәrtәpәyә yürüş tәşkil edib.
Zәfәrtәpәdәki mərasimlər, Abidәyә çələng buraxılaraq başlayıb. Daha sonra bir zabit tərəfindən ərazi təqdimatı reallaşdırılıb vә döyüş hәrәkatı şәrh edilib.
Mərasimlər, "Kocatәpәdәn Dumlupınar Zәfәrtәpәyә müstəqilliyə uzanan yolda zəfər yürüşü" ilə davam edib.
Türkiyənin dörd tərəfindən gələn 15 min gənclə birlikdә yürüşә qatılan İdman naziri Akif Çağatay Qılınc,Dumlupınarda qazanılan qələbə nәticәsindә yalnız Türk tarixi deyil dünya tarixinin də dəyişdiyini qeyd edib. "Bu zəfər millətimizin müstəqillik inancı və vətənpәrvәrliyi qarşısında heç bir gücün müqavimәt göstәrә bilmiyәcәyini bütün dünyaya daha bir dəfə sübut etmişdir. Bu gün millətimiz üçün qürur vә fәxr günüdür" deyә vurğulayıb.
İştirakçıların çıxışlarından sonhra 8-ci zəfər qoşusunda dərəcə qazanan gənclərə mükafat verilib.
Dumlupınardaki mərasimlər, Türk Silahlı Qüvvələrinin keçidi ilә sona çatıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr