18 fələstinli, müalicə olunmaq üçün Türkiyəyə gətirilib

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralanan 18 fələstinli, müalicə olunmaq üçün Türkiyəyə gətirilib.

89838
18 fələstinli, müalicə olunmaq üçün Türkiyəyə gətirilib

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralanan 18 fələstinli, müalicə olunmaq üçün Türkiyəyə gətirilib.
Məlumatda, 18 yaralının Türkiyəyə göndərilmələri məqsədiylə İsrail və Qəzza zolağı arasındakı Erez keçid məntəqəsindən, İsrailə keçdikləri bildirilir.
Yaralıların vəziyyətlərinin ağır olduğu vurğulanır. Qəzzadan Türkiyəyə cəmi 200 yaralının göndəriləcəyi bildirilir. Digər yaralılar müalicə məqsədiylə xaricə çıxa bilmək üçün İsrail rəhbərliyindən viza almağı gözləyirlər.
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralanan 7 fələstinli, İsrail və Qüdsdə müalicə gördükləri xəstəxanalardan Türkiyəyə gətirilib.
Qeyd edək ki, İsrailin Qəzzaya istiqamətli hücumlarında min 951 nəfər həyatını itirib, 10 min 193-ü isə yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr