Ərdoğana, dünyadan təbriklər gəlməyə davam edir

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Mun, Baş nazir Rəcəb Tayyib Ərdoğanı prezidenti seçilməsi münasibətilə təbrik edib.

87724
Ərdoğana, dünyadan təbriklər gəlməyə davam edir

Türkiyənin 12-ci prezidenti seçilən Baş nazir Rəcəb Tayyib Ərdoğana, dünyadan təbriklər gəlməyə davam edir.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Mun, Baş nazir Rəcəb Tayyib Ərdoğanı prezidenti seçilməsi münasibətilə təbrik edib.
BMT Baş katibi sözçüsünün müavini Ferhan Hak, TRT müxbirinə etdiyi açıqlamada Baş katib Ban Ki Mun "İlk dəfə xalq səsverməsi ilə prezidenti demokratik bir şəkildə seçən Türk xalqını təbrik edir" deyə bildirib.
Amerika Birləşmiş Ştatları Dövlət Departamenti də, Baş nazir Rəcəb Tayyib Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik edib.
Ukrayna prezidenti Pyotr Poroşenko, Həmas Siyasi Büro Rəhbəri Xalid Məşəl, İtaliya Baş naziri Matteo Renzi, Yunanıstan baş naziri Antonis Samaras və Qətər Əmri Şeyx Tamim Bin Həməd Al Thani Ərdoğanı telefon vasitǝsilǝ təbrik ediblər.
Kosovo baş naziri Haşim Taçi də, prezidenti seçilən Baş nazir Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Fələstin Dövlət Başçısı Mahmud Abbas, Baş nazir Ərdoğana göndərdiyi teleqrafda, Fələstin Dövləti və öz adından prezident seçkilərində qalib gəlməsi münasibətilə Ərdoğanı təbrik edib.
Əfqanıstan prezidenti Hamid Karzai də, Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Əfqanıstan Prezidentinin mətbuat ofisindən verilǝn açıqlamada, "Əfqan xalqı adından sizi təbrik edirəm, müvəffəqiyyətlərinizin davamını diləyirəm" deyə bildirilib.
Tunis, Livan, Somali, və Efi-o-pi-yadan da Ərdoğana təbrik məktubları gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr