Әrdoğan: " Milli iradә vә demokratiya qazandı"

Türkiyә cümhuriyyәtinin 12-ci prezidenti seçilən Baş nazir Rəcəb Tayyib Ərdoğan Әdalәt vә inkişaf partiyasının Mərkəz binasının önündә toplanan xalqa xitabәn çıxış edib.

86799
Әrdoğan: " Milli  iradә  vә  demokratiya qazandı"

Türkiyә cümhuriyyәtinin 12-ci prezidenti seçilən Baş nazir Rəcəb Tayyib Ərdoğan Әdalәt vә inkişaf partiyasının Mərkəz binasının önündә toplanan xalqa xitabәn çıxış edib.
Partiyanın mәrkәz binasına həyat yoldaşı Əminə Ərdoğan ilə birlikdə gələn Ərdoğan, çıxışına, özünә dәstәk verәnlәrә minnәtdarlığını bildirәrәk başlayıb. "Əziz millətimə minnətdarlığımı bildirirəm. Bizə səs verən verməyən hər kəsə təşəkkür edirəm" deyib.

Xaricdә yaşayan vә bu tarixi seçkidә ilk dәfә səs hüququndan istifadә edәnlәrә vә gömrük qapılarında səs verәnlәrә dә minnәtdarlığını bildirәn Ərdoğan, "81 vilayətdən, dost və qardaş ölkələrdən bizə xeyir-dualarını göndərən qardaşlarımıza təşəkkür edirəm" deyib.
" Bu gün qәlәbә qazanan Rəcəb Tayyib Ərdoğan deyil, milli iradə, demokratiyadır. Bәnә səs verənlər qədər, səs verməyənlər də qazanmışdır, bu gün yeni Türkiyə, qabaqcıl Türkiyə qazanmışdır. Bu gün yalnız Türkiyə deyil, Bağdad, Sarayevo, Skopye, Dәmeşq, Hələb, Hama, Ramallah, Nablu, Qəzza, Qüds də qazanmışdır " deyә vurğulayıb. Ramazan, isti demədən mitinqlәrә iştirak edәn hər kəsə təşəkkür edən Ərdoğan, " qapı-qapı gəzib millətin adamına səs istədiniz, sizə nə qədər təşəkkür etsəm azdır" deyib.
Namizədliyinin açıqlanmasını bir Fatihə olaraq xarekterizә etdiklәrini ifadə edən Ərdoğan, "Bu gün bir Fatihəni müqəddəs bir açılışı birlikdə idrak edirik. Bu gün bir dövrün qapılarını bağlayır, yeni bir dövrə qәdәm qoyuruq. 3 noyabr 2002-ci ildə millətin partiyasının iqtidar olması ilә Türkiyә Böyük Millәt Mәclisi vә millət qucaqlaşmışdır. Bu gün birbaşa seçdiyi prezident ilə, artıq Çankaya vә millət arasındakı bütün maneələr aradan qalxmışdır. Şeyx Ədəbalının "milləti yaşat ki dövlət yaşasın nәsihәti" reallaşmışdır. Çankaya bu gün milli iradənin suverenliyinә daxil olmuşdur” deyә türkiyә cümhuriyyәtinin 12-ci prezidenti Әrdoğan vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr