Robert də Niro Bodrumda restoran açıb

ABŞ-lı aktyor Robert De Nironun şәriki olan Nobu Matsuhisa, Bodrumda açdıqları restorana baş çәkib.

85744
Robert də Niro Bodrumda restoran açıb

ABŞ-lı aktyor Robert De Nironun şәriki olan Nobu Matsuhisa, Bodrumda açdıqları restorana baş çәkib.
Robert De Niro ilə restoranlar zənciri xidmәtә verәn Matsuhisa, təşkil etdiyi mətbuat konfransında, dünyada 30-dan çox fәrqli bölgәdә şöbələrinin olduğunu bildirib. O, "Müştərilərinin təklifinә görә bölgədә apardıqları araşdırma nәticәsindә Bodrumda böyük bir potensialın olduğunu müşahidә etdiklәrini Dubai, Los Angeles və Milonadan bodruma gәlәn müştərilərinә burada xidmət verməyi qaarşıda mәqsәd qoyduqlarını qeyd edib.
Robert De Niro ilə 27 ildir dost olduqlarını xatırladan Matsuhisa, "Robert De Niro ilə Los Angelesdə tanış olduqdan 4 il sonra ortaq işlәr görmәyә başladıq. İstanbul və Mayami başda olmaqla bəzi bölgələrdə otel proektlәri hәyata keçirmәk fikrindәyik. Bu sahәdәki fәaliyyәtlәrimiz davam edir deyә vurğulayıb. Aralarında Yapon, İngilis və Türk işçilərin da olduğu 60-a yaxın işçi heyəti ilə müştərilərinə xidmət verəcəklərini sözlərinə əlavə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr