Abdullah Gülün vida ziyarәtlәri davam edir

Abdullah Gül, Cumhuriyyət Xalq Partiyasının liderı Kamal Kılıclaroğlunu ziyarət edib.

82234
Abdullah Gülün vida ziyarәtlәri davam edir

Cumhurbaşkanı Abdullah Gül vida ziyarətlərini davam etdirir. Gül, Cumhuriyyət Xalq Partiyasının liderı Kamal Kılıclaroğlunu ziyarət edib. Kılıclaroğlu Cumhurbaşkanını qapıda qarşılayıb. Partiya lideri ilә Cumhurbaşkanının görüşü 40 dəqiqə davam edib.
Yaxın günlərdə Gülün digər Partiya liderləri ilə də vida ziyarətləri gözlənilir. Abdullah Gül Baş qərargah rəisi general Necdət Özəli də ziyarət edəcək. Gül avqust ayının 12-si və 19-u Çankaya Köşkündə iki vida ziyafəti verəcək.
Siyasi liderlərin dəvət ediləcəyi ilk ziyafətdən sonra keçiriləcək ikinci qəbula, iş adamları, sənətçilər, yazıçılar, jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr