"Fǝal bir cümhurbaşqanı olacağam"

Ərdoğan, 2023-cü ilǝ dünyanın ilk 10 ölkǝ arasına Türkiyǝni daxil etmǝ hǝdǝflǝrindǝn güzǝştǝ getmǝdiklǝrini bildirib.

79602
"Fǝal bir cümhurbaşqanı olacağam"

Dövlǝt başçılığına namizǝd vǝ Baş nazir Rǝcǝb Tayyib Ərdoğan, seçilǝcǝyi tǝqdirdǝ fǝal bir cümhurbaşqanı olacağını bildirib.
Bir televiziya kanalında gündǝmǝ dair suallara cavab verǝn Ərdoğan seçilǝcǝyi tǝqdirdǝ necǝ bir dövlǝt başçısı olacağı barǝdǝ deyib ki, Cümhurbaşqanı xalqın sǝslǝrilǝ seçilǝcǝk, buna görǝ dǝ dövlǝtin başçısı olaraq Nazirlǝr Kabinetinǝ lazım olduqda rǝhbǝrlik dǝ elǝ bilǝcǝkdir.
İsrailin Qǝzzaya yönǝldilmiş ǝmǝliyyatına da toxunan Baş nazir, BMT Baş katibi Ban Ki Mun ilǝ görüşdüyünü, Baş katibǝ, İsrailin Qǝzzaya yönǝldilmiş hücumları sǝbǝbindǝn Tǝhlükǝsizlik Şurasını tǝcili toplantıya çağırmasının vacibliyini ifadǝ etdiyini deyib.
Türkiyǝnin, TİKA vǝ Qırmızı Aypara Cǝmiyyǝti vasitǝsilǝ Qǝzzaya dǝrman vǝ ǝrzaq yardımı göndǝrdiyini ifadǝ edǝn Ərdoğan onu da bildirib ki, amma İsrail qǝddarcasına bölgǝdǝ terror aktları törǝdir, bu sǝbǝbdǝn göndǝrilǝn yardımlar bölgǝyǝ çatdırıla bilmir.
Türkiyǝnin 2023-cü ilǝ dair hǝdǝflǝrini dǝ açıqlayan Ərdoğan, Türkiyǝni müasir mǝdǝniyyǝtlǝr sǝviyǝsinin üzǝrinǝ çıxarma yarışında 2023-cü ilǝ dünyanın ilk 10 ölkǝ arasına Türkiyǝni daxil etmǝ hǝdǝflǝrindǝn güzǝştǝ getmǝdiklǝrini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr