XİN:"Tripolidәki qarşıdurma sona çatmalı"

Türkiyə, Liviyadakı qarşıdurmalardan narahatlıq duyduğunu bildirib.

74836
XİN:"Tripolidәki qarşıdurma  sona  çatmalı"

Türkiyə, Liviyada Tripoli hava limanında vә ətrafında davam edən qarşıdurmalardan narahatlıq duyduğunu, әmin-amanlığın tәcili olaraq bәrpasını arzuladığını bildirib.
Xarici İşlər Nazirliyindən verilәn açıqlamada, inqilabın başlanğıcından bәridir Liviya dövlətinin və qardaş Liviya xalqının yanında yer almaqda davam edәn Türkiyənin, Liviyanın rifahı, sabitliyi və әmin-amanlığından başqa bir gözlәntisinin olmadığı bildirilib.
"Libya xalqının xoşbəxtliyi xoşbəxtliyimiz, kədəri, kәdәrimiz olmaqda davam edəcək. Bu çərçivədə, Tripoli hava limanı vә ətrafında 13 İyul tarixindən bәridir davam edən qarşıdurmalardan narahatlıq duyuruq. Sükunətin bәrpası üçün sәy edirik” deyә vurğulayıb. Liviyada 25 İyunda baş tutan parlament seçkilәrinin yekun nəticələrinin açıqlanmasından məmnuniyyət duyulduğu ifadə edilәn açıqlamada, Nümayəndələr Palatasının ölkənin sabitliyi və mövcud problemlərin dialoq yolu ilə həlli üçün əhəmiyyətli bir platforma olacağına әminlik qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr