"Namizǝdliyimi milli vǝzifǝ kimi qǝbul edirǝm"

Əkmǝlǝddin İhsanoğlu, dövlǝt başçılığına namizǝdliyini milli vǝzifǝ kimi qǝbul etdiyini bildiirib.

68028
"Namizǝdliyimi milli vǝzifǝ kimi qǝbul edirǝm"

Əkmǝlǝddin İhsanoğlu, Əhmǝd Adnan Saygun Sǝnǝt mǝrkǝzindǝ tǝşkil edilǝn toplantıda dövlǝt başçılığına namizǝdliyini milli vǝzifǝ kimi qǝbul etdiyini bildirǝrǝk, iki partiyanın dǝstiyilǝ başlayan namizǝdlik prosesinin bu gün on partiyanın dǝstǝyilǝ davam etdiyini bildirib.
Türkiyǝnin avqustun 10-da bir imtihanla qarşı qarşıya olduğuna işarǝ edǝn İhsanoğlu deyib ki, bu sadǝcǝ bir Cümhurbaşqanı mǝsǝlǝsi deyil, Türkiyǝ sabitlik üçün dǝ sınaqdan keçǝcǝkdir.
Əkmǝlǝddin İhsanoğlu daha sonra Tarixi Havaqazı Fabrikindǝ tǝşkil edilǝn iftar mǝrasiminǝ qatılıb.
İhsanoğlu, Dövlǝt başçılığı postunun dövlǝtin siğortası olduğunu vurğulayaraq deyib ki, dövlǝtin siğortası möhkǝm olmalıdır, onun üçün sabitliyi vǝ dincliyi tǝmin edǝcǝk, siyasi seçimlǝrini öz partiyasından yaxud da öz proqramından edǝn yox, bütün millǝtin mǝnfǝǝtini, milli birlik vǝ bǝrabǝrlik ruhunun zǝnginlǝşdirilmǝsini xarici tǝhditlǝrǝ qarşı qoruyacaq bir Cümhurbaşqanına ehtiyacımız var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr