İsrailin Qǝzzaya yönǝldilmiş qǝtliamı lǝnǝtlǝnib

İsrailin Qǝzzaya yönǝldilmiş hücumlarına paytaxt Ankarada etiraz edilib.

67961
İsrailin Qǝzzaya yönǝldilmiş qǝtliamı lǝnǝtlǝnib

İsrailin Qǝzzaya yönǝldilmiş hücumlarına paytaxt Ankarada etiraz edilib.
Ötǝn gün axşam saatlarında İsrail Sǝfirliyinin qarşısında bir araya gələn minlǝrlǝ insan, İsraili lǝnǝtlǝyib.
İnsani Yardım Vǝqfinin İsrailin Qǝzzaya yönǝldilmiş hücumlarını qınamaq üçün tǝşkil etdiyi nümayişǝ minlǝrlǝ insan qatılıb.
İsrail ǝleyhinǝ şüuarlar sǝslǝndirǝn nümayişçilǝr, Quran oxuyub, Fǝlǝstindǝki şǝhidlǝr üçün dualar ediblǝr.
Hǝmaslı sǝlahiyyǝtlilǝrin dǝ qatıldığı nümayişdǝ çıxış edǝn Qǝzza Vǝqflǝr keçmiş naziri İsmail Rıdvan da çıxış ǝdǝrǝk deyib ki, İsrailin Qǝzzaya yönǝlmiş hücumları vǝhşǝtdir, hazırda tǝǝssüf ki Qǝzzanı cǝhǝnnǝmǝ çevirdilǝr. Bunlar ancaq qadınları vǝ uşaqları öldürürlǝr.
Nümayiş zamanı Qǝzza üçün yardım da toplanıb.
Mǝmur-Sǝn hǝmkarlar ittifaqı da nümayişǝ dǝstǝk verib vǝ İsrail mallarını boykot çağırışını bir daha dilǝ gǝtirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr