Türkiyə Silahlı Qüvvələri Baş Qərargah Rəisliyinin açıqlaması

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah Rəisliyi Şanlıurfada 2 əsgərin şəhid olması və bir əsgərin də ağır yaralanması ilə bağlı açıqlama verib.

67263
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah Rəisliyinin açıqlaması

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şanlıurfada 2 əsgərin şəhid olması və bir əsgərin də ağır yaralanması ilə bağlı açıqlama verib.
Açıqlamada Şanlıurfa Ceylanpınarda sərhədin Suriya tərəfindən Türkiyə istiqamətinə qeyri-qanuni keçməyə cəhd göstərən qrupa dayanması üçün xəbərdarlıq edildiyi, lakin onların nəzarətçilərə atəş açdığı xatırladılıb.
Açıqlamada bildirilib ki, açılan atəş nəticəsində 3 əsgər ağır yaralanıb.
Hücumun ardından açılan atəşə cavab verilib qarşıdurmada ən az altı PYD və ya PKK mənsubu olan terrorçu öldürülüb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr