Fǝlǝstindǝ baş verǝnlǝrǝ görǝ Türkiyǝdǝ 3 günlük matǝm
Nazirlǝr Kabineti, ötǝn gün Baş nazir Rǝcǝb Tayyib Ərdoğanın rǝhbǝrliyindǝ toplantı keçirib.
Nazirlǝr Kabineti, ötǝn gün Baş nazir Rǝcǝb Tayyib Ərdoğanın rǝhbǝrliyindǝ toplantı keçirib.
4 saata yaxın davam edǝn toplantının ǝsas gündǝm maddǝsini İsrailin Qǝzzaya yönǝldilmiş hücumları tǝşkil edib.
Türkiyǝ, Qǝzzada yaşananlar sǝbǝbindǝn bu gün sǝhǝr saatlarından etibarǝn 3 günlük matǝm elan edib.
Bu barədə çıxış ǝdən Baş nazirin müavini Bülǝnt Arınç 22-24 iyul tarixlərinin Türkiyədə matəm günləri olacağını qeyd edib.
Bülǝnt Arınç həmçinin İsrailin Qəzzadakı əməliyyatlarını qətliam kimi qiymətləndirərək kəskin şəkildə pislədiklərini bildirib.
Bülǝnt Arınç, Fǝlǝstinǝ humanitar yardım üçün addımlar atıldığını da qeyd edib.
Arınç, Türkiyə hökuməti olaraq, atəşkəs barədə cəhdləri dəstəklədiklərini, Baş nazir Rǝcǝb Tayyib Ərdoğan vǝ Xarici İşlǝr naziri Əhmǝd Davudoğlunun hǝmkarları ilǝ davamlı ǝlaqǝ saxladığını da sözlǝrinǝ ǝlavǝ edib.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.