Səlahəddin Demirtaş Almaniyada

Demokrat Partiyasının həmsədri Səlahəddin Demirtaş seçki təbliğatı çərçivəsində dünən Almanyaya gedib.

64718
Səlahəddin Demirtaş Almaniyada

Prezidentliyə namizəd Xalqların Demokrat Partiyasının həmsədri Səlahəddin Demirtaş seçki təbliğatı çərçivəsində dünən Almanyaya gedib. Köln şəhərində təşkil edilən mitinqə qatılan Demirtaş Almaniya ilə Fransanın İsrail və İŞİD hücumları qarşısında səssiz qalmasını tənqid edib. İsraili Qəzzaya hücumlarını dayandırmağa çağıran Demirtaş, "Məzlum Fələstin xalqının azadlıq mübarizəsində onların yanında olduğumuzu, bütün əzilən xalqların yanında olduğumuzu bildirmək istəyirəm" deyib. İraqdakı qarşıdurmalara da toxunan Demirtaş, İŞİD-in əlində Alman markalı silahların olduğunun təsbit edildiyini ifadə edib. O, Almaniyadan həmin silahların ora necə çatdırıldığını izah etməsini də istəyib. Selahattin Demirtaş prezident seçkilərində Avropadakı səslərin əhəmiyyətli olduğunu vurğulayıb. O, seçicilərə səsvermə kabinələrinə girdikdə önlərində ki, üç fotoşəkildən birini vicdanlarının səsi ilə seçmələri istəyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr