Әrdoğan İsrailә lәnәt

Ərdoğan, Qəzza Zolağına quru әmәliyyat tәşkil edәn İsraili lənətlәyib.

64650
Әrdoğan İsrailә lәnәt

Baş nazir Rәcәb Tayyıb Ərdoğan, Qəzza Zolağına quru әmәliyyat tәşkil edәn İsraili lənətlәyib.
Prezidentliyə namizəd Baş nazir Rəcəb Tayyib Ərdoğan seçki tәbliqatları çәrçivәsindә dünәn Ordu vilayәtindә tәşkil edilәn mitinqdә Qəzzaya quru әmәliyyat tәşkil edən vә Mәsum insanları hәdәfә götürәn İsraili pislәyib. İsraillilərin, üzərində hamilә bir Müsəlman qadının şәkli olan və onun qarınına atəş et, bir güllə ilə iki can al, ifadәsi yazılan köynək hazırladıqlarını xatırladan baş nazir Әrdoğan, "Bunu insanlıqla әlaqәlәndirmәk olmaz. Bu şәrәfsizlikdir, namussuzluktur. Bunu lәnәtlәyirәm” deyib.
Türkiyədə yaşayan Yəhudilərə qarşı geyri adi rəftarları müsbәt qarşılamadığını da sәslәndirәn baş nazir, "Bizim hədəfimiz İsrailin zalım, terror törәdәn rəhbərliyidir, biz onu hədəf alaraq danışıb vә beynəlxalq cәmiyyәt nәzdindә sәylәrimizi davam etdirmәliyik. İsrail xalqını öz rəhbərliyinә qarşı etiraz etmәyә çağırmalıyıq. Bu vəhşilik qarşısında qərb biganә qalmaqda davam edir deyәn Әrdoğan İslam ölkələrini tәnqid edib vә bir çox müsәlman ölkәnin bu insanlıq cinayәtinә dəstək verdiyini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr