Әrdoğan: "Türkiyә-nin Mәzlum xalqlara dәstiyi daimidir"

Baş nazir Әrdoğanın seçki mitinqlәri davam edir.

132102
Әrdoğan: "Türkiyә-nin Mәzlum xalqlara dәstiyi daimidir"

Prezidentliyə namizəd olan Baş nazir Rəcəb Tayyib Ərdoğan, Avqust ayında keçirilәcәk seçki mitinqlәrinә ötәn gün dә Sakarya və İstanbulda davam edib.
Sakaryadakı mitinqdә, müxalifətin yeni bir ittifaq yaradaraq gərginliyin artmasına sәbәb olan siyasәt izlәdiyini ifadә edәn baş nazir Ərdoğan, Suriyalı qaçqınlara toxunub vә Türkiyənin bütün məzlum xalqların yanında olmaqda davam edəcəyini vurğulayıb.
Sakaryadakı seçki mitinqindәn sonra İstanbula gedәn baş nazir Ərdoğan, İstanbul Dostluq Dərnəyinin təşkil etdiyi iftar yeməyinə qatılıb. O, burdakı çıxışında isә İsrailin Qəzzaya istiqamətli hücumlarını xatırladıb vә Türkiyәnin Fələstinnin haqlı mübarizәsinә dәstәyinin daimi olduğunu qeyd edib.
10 Avqustda keçirilәcәk Prezident seçkisinin Türkiyənin gələcəyi baxımında böyük əhəmiyyətli daşıdığını deyәn Baş nazir Ərdoğan, köhnə Türkiyə ilə Yeni Türkiyə arasında bir seçki keçirilәcәyini, yeni Türkiyənin qәlәbә qazanacağını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr