Türkiyәdәn BMT-yә çağırış

Türkiyənin insani köməyə ehtiyacı olan Fələstinlilərə dəstək üçün hərəkətə keçib.

127391
Türkiyәdәn BMT-yә çağırış

Türkiyə İsrailin Qəzzaya hərbi hərəkatının dayandırılması üçün başda Birləşmiş Millətlər Təşkilatı olmaqla beynəlxalq cəmiyyəti təcili olaraq lazımlı addımlar atmağa çağırıb. Xarici İşlər Nazirliyi Türkiyənin insani köməyə ehtiyacı olan Fələstinlilərə dəstək üçün hərəkətə keçdiyi bildirildi. Xarici işlər nazirliyindən bildirilib ki, Baş nazir Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə ilk mərhələdə 1 milyon ABŞ dolları məbləğində ərzaq və digər ehtiyac vasitələrinin paylanması üçün işlərə başlanılıb. Türk Qızılayının da 2 min ailəyə qida köməyi çatdırmaq üçün hərəkətə keçdiyi vurğulanır. Xarici İşlər Nazirliyindən oda bildirilib ki, Fələstinlilərə yardım davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr