"Şəhidlik Abidǝsi"nin açılış mərasimi

Srebrenitzsa qırğınında şəhid olan minlərlə Bosniyalının xatirəsinə İstanbulda “Şəhidlik Abidǝsi”nin açılış mərasimi keçirilib.

126527
"Şəhidlik Abidǝsi"nin açılış mərasimi

Srebrenitzsa qırğınında şəhid olan minlərlə Bosniyalının xatirəsinə İstanbulda “Şəhidlik Abidǝsi”nin açılış mərasimi keçirilib.
Bosniya və Herseqovinanın İstanbuldakı Baş konsulu Hrvoje Kanta Türkiyənin və İstanbulun Bayrampaşa Bələdiyyəsinin göstərdiyi həssaslıq və şəhidlər abidəsi üçün təşəkkürünü ifadə edib.
Bayrampaşa Bələdiyyəsinin sədri Atılan Aydıner də Srebrenitsa qırğınının edildiyi bölgədə, bir çox Türk vətəndaşının o cümlədən yaxınlarının olduğunu vurğulayaraq abidənin Bosniya və Alban qardaşlarımızın xatirəsinə inşa edildiyini söyləyib.
Abidədə Türkiyənin simvolu ay-ulduz, Albaniyanın simvolu cüt başlı qartal və Bosniya və Herseqovinanın simvolu zanbaq fiquru var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr