Gül, naharatlığını dilə gətirib

Dövlət başçısı Abdullah Gül, Orta Şərq başda olmaq üzrə dünyanın müxtəlif yerlərində artan zorakılıq hadisələrindən duyduğu narahatlığı verdiyi yazılı açıqlama ilə dilə gətirib.

126086
Gül, naharatlığını dilə gətirib

Dövlət başçısı Abdullah Gül, Orta Şərq başda olmaq üzrə dünyanın müxtəlif yerlərində artan zorakılıq hadisələrindən duyduğu narahatlığı verdiyi yazılı açıqlama ilə dilə gətirib.

İsrailin Qəzza hücumuna sərt reaksiya göstərən Dövlət başçısı deyib ki, İsrail Qəzzaya hava hücumlarını dayandırmalı, qurudan əməliyyat təşkil etməyə qəti olaraq  üz tutmamalıdır. Bütün tərəfləri diplomatiyanı, dialoqu və siyasi mexanizmləri gecikmədən və səmimiyyətlə işə daxil etməyə çağırıram.Problemlərin həlli üçün Birləşmiş Millətlər ilə regional  forumlar addım atmalıdır.
"Əks təqdirdə, bu hadisələrdən hər kəs zərər görəcək. Belə bir gedişin qazananı olmayacaq." deyə Abdullah Gül vurğulayıb.

Gül açıqlamasında onu da bildirib ki, İsrail Qəzzaya hava hücumlarını dayandırmalı. 2012-ci ildə elan edilən atəşkəs şərtlərinə əməl edilməlidir.

İraqda yeni hökumətin ən qısa müddətdə qurulması üçün bütün siyasi liderlərin fədakarlıq etməsinin lazım olduğunu vurğulayan Dövlət başçısı Gül işarə edib ki, milli birliyin təmin edilməsinə üstünlük verilməlidir. Hər kəs məzhəbçi və etniq yanaşmaları buraxmalıdır.

Gül, İraqda saxlanılan Türk vətəndaşlarının dərhal sərbəst buraxılmasını da istəyib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr