TSQ daha bir il Livanda

Türk silahlı qüvvәlirinin Livandakı varlığı daha bir il davam edәcәk

116288
TSQ daha bir il Livanda

Türkiyənin Livandakı BMT Müvəqqəti Vəzifə Qüvvәsi olan UNIFIL-a Türk Silahlı Qüvvətləri ünsürləriylә verdiyi dəstəyin müddətinin daha bir il uzadılmasını nәzәrdә tutan qәrar ötәn gün Türkiyә Böyük Millәt Mәclisindә qәbul edilib.
Türkiyə Böyük Millət Məclisinin Ümumi iclasındakı qәrar layihәsi ilә bağlı aparılan müzakirәlirdәn sonra çıxış edәn Müdafiə Naziri İsmət Yılmaz, Türkiyənin, bölgədə cәrәyan edәn proseslәrә biganә qala bilmiyәcәyini bildirib.
Yılmaz, "Başda qonşularımız olmaqla bölgə ölkələrində sülh, təhlükəsizlik, sabitlik və rifahın bәrpası ilә Türkiyәnin milli maraqlarının qorunması arasında yaxın bir әlaqә mövcutdur deyib.
Məclisin Ümumi şurasında qəbul edilən qәrar ilә, Türk Silahlı Qüvvətləri ünsürlərinin BMT-nin bölgәdәki Deniz qüvvәlәrinә qatılması və bununla əlaqədar lazımlı tәdbirlәrin hәyata keçirilmәsi üçün hökumətə sәlahiyyәt verilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr