Ərdoğanın, Biden ilə telefon görüşü

Baş nazir Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın vitse-prezidenti Joe Biden ilə telefonla görüşüb.

105091
Ərdoğanın, Biden ilə telefon görüşü

Baş nazir Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın vitse-prezidenti Joe Biden ilə telefonla görüşüb.
Bidenin zǝng etmǝsilǝ reallaşan telefon danışığında, Baş nazir Ərdoğan və Biden, İraqda girov saxlanılan Türk vǝtǝndaşlarının ölkǝyǝ qayıtmalarının tǝmin edilməsi üçün ǝmǝkdaşlıq edilmǝsi barǝdǝ razılıq ǝldǝ ediblǝr.
Baş nazirlik qaynaqlarından əldə edilən məlumata görə, telefon görüşündə, İraq başda olmaq üzrə regional mövzularda fikir mübadiləsi edilib.
İraqın məzhəbǝ əsaslı bir qarşıdurma mühitinə çevrilmǝsindǝn narahatlıq duyduqlarını dilǝ gǝtirǝn Baş nazir Ərdoğan və Bidenin, ölkənin ərazi bütövlüyünün və siyasi birliyinin qorunması, terrorla mübarizədə uğurlu olunması üçün təcili olaraq bir razılaşma hökumət qurulmasının vacibliyinǝ diqqǝt çǝkdiklǝri bildirilib.
Görüşdə, İraqda girov saxlanılan olan Türk vətəndaşlarının salamat ölkǝyǝ qayıtmalarının təmin edilməsi mǝsǝlǝsi dǝ gündǝmi salınıb.
Görüşdə, Baş nazir Ərdoğan Türkmǝnlǝrin kütlǝvi şǝkildǝ yaşadığı bölgələr başda olmaq üzrə ehtiyac sahiblərinə yardım göndərməyə 12 iyunda başlandığını ifadə edib.
45 dəqiqəyǝ yaxın davam edən görüşdə, Baş nazir Ərdoğan və Biden, bölgədə Türkiyə və ABŞ-ın ortaq fǝaliyyǝt göstǝrmǝsi mövzusunda da razılıq ǝldǝ edib.
Xatırladaq ki, Baş nazir Ərdoğan, 13 iyunda Rizǝ şǝhirindǝ olduğu zaman da Biden ilə telefonla görüşmüşdü.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr