Çavuşoğlu, İngiltərə səfirini qəbul edib

Avropa Birliyi naziri və Baş müzakirəçi Mevlüt Çavuşoğlu, İngiltərə səfiri Richard Moreni qəbul edib.

105706
Çavuşoğlu, İngiltərə səfirini qəbul edib

Çavuşoğlu, qəbulda Mühakimə və Əsas hüquqlar fəslinin açılması mövzusunda Avropa Birliyinə üzv ölkələrin və Türkiyənin həm fikir olduğunu dilə gətirərək "Siyasi maneə aradan qalxarsa 23-cü fəsli açacayıq” deyib.

Qıbrıs probleminin həlli ilə bağlı adada müzakirələrə inamı artıran addım olaraq Türkiyənin hər kəsdən daha çox dəstək verməsinin lazım olduğunu ifadə edən Çavuşoğlu, hər iki tərəfin də mənfəətini güdərək tez bir zamanda sülhə və həll yollarına çatmaq istədiklərini söyləyib.

İyul ayında İtalyanın Avropa Birliyinə sədrliyini Yunanıstandan təhvil alacağını deyən Çavuşoğlu, Avropa Birliyinin “uzun və müzakirəsi çətin olan" 23-cü fəsli açma mövzusunda dayanıqlılıq göstərib-göstərməməsini qeyd edib. İngiltərənin Ankaradakı səfir Moore da İngiltərənin Türkiyənin Avropa Birliyi üzvlüyünə dəstək olan ölkələrin başında durduğunu vurğulayaraq, nazir Çavuşoğlu ilə bu mövzuda yaxın əməkdaşlıq etdiklərini söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr