Amasya Tǝmimnamǝsinin qǝbulunun 95-ci ildönümü

Baş nazir Rǝcǝb Tayyib Әrdoğan, ildönümü münasibǝtilǝ bǝyanat yayımlayıb.

102940
Amasya Tǝmimnamǝsinin qǝbulunun 95-ci ildönümü

Әrdoğan yayımladığı bǝyanatda bildirib ki, Amasya Tǝmimnamǝsi ilǝ ilk dǝfǝ milli suverenlik mǝfhumundan bǝhs edildi. Qazi Mustafa Kamalın “Millǝtin istiqlalını yenǝ millǝtin ǝzm vǝ qǝrarı xilas edǝcǝkdir” sözü ilǝ milli mübarizǝ tǝşkilatlı şǝkildǝ başladıldı.
Şanlı zǝfǝrin tǝmǝl daşı olan Amasya Tǝmiminin, ǝziz millǝtin güzǝştli vǝ vǝtǝnsecǝr mövqeyilǝ mǝqsǝdinǝ çatdığını, Sivas vǝ Әrzurum konqreslǝrinǝ möhkǝm bir zǝmin hazırlandığını bildǝrǝn Әrdoğan, İstiqlal Hǝrbinin rǝsmi olaraq başladığını elan edǝn Amasya Tǝmimnamǝsi, tamamilǝ müstǝqil Türkiyǝ Cümhuriyyǝtinin bünövrǝsini qoyan ǝn ǝsaslı sǝnǝdlǝr arasındadır” deyib.
Baş nazir, Amasya Tǝmimnamǝsinin qǝbul edilmǝsinin 95-ci ildönümü münasibǝtilǝ başda Qazi Mustafa Kamal olmaqla İstiqlal mübarizǝsinin bütün qǝhrǝmanlarını, ǝziz şǝhidlǝri hörmǝtlǝ vǝ rǝhmǝtlǝ yad etdiyini, bütün vǝtǝndaşları sevgi ilǝ salamladığını qeyd edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr