Baş nazir Vyanada qürbətçilərə səslənib

Baş nazir, heç bir ölkənin daxili siyasətində gözlərinin olmadığını bildirib.

101206
Baş nazir Vyanada qürbətçilərə səslənib

Başbakan Rəcəb Tayyib Ərdoğan, 3 günlük Avropa səfərində ilk olaraq Avstriyanın paytaxtı Vyanaya gedib.

Vyanada qürbətçilərlə bir araya gələn Baş nazir, "Türkiyə Cümhuriyyəti baş nazirinin Avstriyaya gəlib vətəndaşlarla görüşməsindən, söhbət etməsindən heç kəs fərqli mənalar çıxarmasın deyib.

Baş nazir, heç bir ölkənin daxili siyasətində gözlərinin olmadığını bildirib.
Baş nazir Avstiryada Avropalı Türk Demokratlar İttifaqının yaranmasının 10-cu ildönümü münasibətilə təşkil olunan mərasimdə Vyanada yaşayan qürbətçilərə səslənib.

Onun qürbətçilərə səsləndiyi yerdə böyük coşğu nümayiş etdirilib.

Qürbətçiləri salamlayan Ərdoğan, Avropa ölkələrinə səslənib, ziyarətindən öncə avstriyalı siyasi xadimlərin açıqlamalarına işarə edib.
Ərdoğan, "Biz, Avstriyada, Almaniyada və Avropanın digər ölkələrində əməyi, təcrübəsi, ən vacibi sülh dostluq mesajları ilə var olan bir millətik” deyib.
"Hiç kim Türkiyənin böyüməsindən qorxmasın, heç kim yeni Türkiyədən çəkinməsin” deyən Ərdoğan Türkiyənin Avropa üçün böyük bir imkan, bir fürsət olduğunu söyləyib.
"Yeni Türkiyə Avropanın mühüm bir seçimidir” deyən Baş nazir Ərdoğan Türkiyənin Avropanın dünyaya, şərqə Müsəlmanlara açılan yeganə qapısı olduğunu bildirib.

 Baş nazir, Türkiyənin Avropa İttifaqına  üzvlüyü barədə qərarlı olduğunu vurğulayıb.

Avropa İttifaqının Fərat çayının çıxdığı yerdən başladığını bildirən Baş nazir deyib ki, biz islahatlarımızı, qanunlarımızı hər zaman Avropa İttifaqının əsaslarına görə həyata keçirdik. Avropa İttifaqının islahatlarını daimi hala gətirdik.
Çıxışında İraqda baş verənlərə də toxunan Baş nazir Ərdoğan, İraqda məzhəb toqquşmasının qəbul edilməz olduğunu deyib.

O bildirib ki, bir insan şiə olduğu, sünni olduğu üçün öldürülməz, tarix boyunca haqqın ədalətin tərəfində mzlumun tərəfində olduq, olmağa da davam edəcəyik.

Baş nazir, sözlərini, ilk dəfə dövlət başçısı seçkisində səs verəcək qürbətçiləri səs salmağa çağıraraq sona çatdırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr