Bǝsrǝdǝki baş konsulluq boşaldılıb

Türkiyǝ, İraqda tǝhlükǝsizliyin artması sǝbǝbindǝn Bǝsrǝdǝki baş konsulluğunu boşaldıb.

98403
Bǝsrǝdǝki baş konsulluq boşaldılıb

Türkiyǝ, İraqda tǝhlükǝsizliyin artması sǝbǝbindǝn Bǝsrǝdǝki baş konsulluğunu boşaldıb.
Xarici İşlǝr naziri Әhmǝd Davudoğlunun ötǝn gün axşam twitterdan yayımladığı açıqlamada bildirib ki, tǝhlükǝsizlik riski sǝbǝbindǝn Türkiyǝnin Bǝsrǝdǝki baş konsulluğu boşaldılaraq ǝmǝkdaşlar Kuveytǝ göndǝrilib.
Xarici İşlǝr Nazirliyi, Bağdad sǝfirliyinin boşaltılmasına dair qǝrar olmadığını bildirib.
Diplomatik qaynaqlar, Bǝsrǝyǝ Türk Hava Yollarının aviareyslǝrinin davam edǝcǝyi, baş konsulluğun boşaldılma qǝrarının müvǝqqǝti olduğu barǝdǝ mǝlumat veriblǝr.
Digǝr tǝrǝfdǝn, girov götürülǝn Mosuldakı baş konsulluq ǝmǝkdaşları vǝ Türk sürücülǝrin ölkǝyǝ qayıtmaları üçün fǝaliyyǝtlǝr davam edir.
Xarici İşlǝr naziri Әhmǝd Davudoğlu, dünǝn Mǝclis sǝdri Cǝmil Çiçǝki ziyarǝt edǝrǝk prosǝs haqqında mǝlumat verib.
Bu arada, Ankara Cümhuriyyǝt baş prokurorluğunun müraciǝtinǝ görǝ 9-cu Ağır Cinayǝt Mǝhkǝmǝsi, Mosul baş konsulluğuna edilǝn hücumla bağlı xǝbǝrlǝrin yayımlanmasını qadağan edib.
Qǝrarın, İŞİD tǝrǝfindǝn namǝlum bir yerǝ aparılan Türk vǝtǝndaşlarının tǝhlükǝsizliyinin tǝmin edilmǝsi mǝqsǝdilǝ qǝbul edildiyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr