Rasmussen hücumu qınayıb

İŞİD terror təşkilatının İraqdakı irəliləyişi və bir çox şəhərləri ələ keçirməsindən sonra NATO-nun baş katibi Anders Fogh Rasmussen Türkiyəyə iki günlük bir səfər edib.

97224
Rasmussen hücumu qınayıb

İŞİD terror təşkilatının İraqdakı irəliləyişi və bir çox şəhərləri ələ keçirməsindən sonra NATO-nun baş katibi Anders Fogh Rasmussen Türkiyəyə iki günlük bir səfər edib.
Rasmussen səfərinin ikinci günündə xarici işlər naziri Əhməd Davudoğlu, daha sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan və dövlǝt başçısı Abdullah Gül ilə də görüşüb. Rasmussen kritik danışıqlardan sonra Türkiyədən ayrılmadan əvvəl TRT kanalına müsahibə verib. Rasmussen, Türkiyənin Mosul baş konsulluğuna edilən hücumu kəskin şəkildə qınayıb və Türkiyə ilə tam bir əməkdaşlıq içində olduqlarını söyləyib. O, Suriyada qəddarlıq yaşandığını və seçkilərin ciddi qəbul edilǝ bilmǝyǝcini vurğulayıb, həmçinin Ukrayna ilə eyni aqibəti yaşamaqdan qorxan NATO baş katibi, keçmiş Sovet ölkələrinə də TRT vasitəsilə zəmanət verib. NATO müttəfiqlərinə inanmaq və ortaq müdafiəni gücləndirmək üçün təcili addımlar atdıqlarını deyən Razmussen, Baltik ölkələri və Polşada hava və dəniz qüvvələrini dəstəklədiklərini söyləyib.
NATO-nun ən böyük çətinliklərindən birinin də müdafiə xərcləri olduğunu vurğulayan Rasmussen, bunun sentyabr ayında Uelsdə keçiriləcək NATO zirvə görüşündə müzakirə olunacağını qeyd edib. Razmussen, "Keçdiyimiz 5 ildə NATO müttəfiqləri müdafiə xərclərinin 20 faiz azaldarkən, Rusiya müdafiə xərclərini 50 faiz artırdı. Bu davamlı deyil. Bu vəziyyəti tərsinə çevirməliyik. Mərhələli şəkildə müdafiə xərclərini artırmalıyıq. Ümid edirəm bununla bağlı Uelsdəki zirvə görüşündə nəticə əldə olunacaq” deyib. Rasmussen TRT kanalına verdiyi müsahibədən sonra Türkiyədən ayrılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr