Cəmil Çiçək Bakıda görüşlərini davam etdirir

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Bakıda görüşlərini davam etdirir.

92523
Cəmil Çiçək Bakıda görüşlərini davam etdirir

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Bakıda görüşlərini davam etdirir.
TÜRKPA-nın 5-ci Baş Assambleyasının toplantısında iştirak etmək üçün Azərbaycanda olan Cəmil Çiçək, həmkarı Oqtay Əsədovla görüşüb. Cəmil Çiçək, Türkiyənin sədrliyi dövründəki fəlaiyyətindən danışıb. Bundan başqa hər iki ölkənin, iqtisadiyyat və enerji sahəsindəki əlaqələri də müzakirə olunub. Azərbaycan və Türkiyə arasındakı 2 milyard dollarlıq ticarət həcminin qeyri-kafi olduğu qeyd olunub. Enerji layihələrinin əhəmiyyətini vurğulayan Məclis sədri Çiçək, iki ölkənin həyata keçirdiyi layihələrin yaxın zamanda Avropa enerji xəritəsini dəyişdirəcəyini söyləyib. Cəmil Çiçək, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin güclənməsinin regional sabitliyin təmin edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Cəmil Çiçək daha sonra, Qazaxıstan Məclisinin sədri Həbibulla Dzhakupov və Qırğızıstan Məclisinin sədri Asılbek Jimbekovla da təkbətək görüşlər keçirib. Türkiyə, TÜRKPA 5-ci Baş Assambleya Toplantısında ardıcıllığa uyğun olaraq sədrliyi Azərbaycana təhvil verəcək. Qeyd edək ki, TURKPA-ya 4 ölkə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr