10 milyardlıq hava limanı

İstanbulda daha bir hava limanının təməli bu gün qoyulacaq.

85144
10 milyardlıq hava limanı

10 milyardlıq hava limanı
İstanbulda daha bir hava limanının təməli qoyulacaq.
Baş nazir Rəcəb Tayyib Ərdoğan’ın iştirak edəcəyi özüllqoyma mərasimi sabah baş tutacaq.
“Qur-İşlət-Transfer et” modeli ilə reallaşdırılan üçüncü havalimanından ildə 150 milyon sərnişin istifadə edə biləcək.
Yeni havalimanında sənişinlərə 165 sərnişin körpüsü, 4 terminal binası, 3 texniki blok və hava nəqliyyat nəzarət qülləsi, 8 nəzarət qülləsi, 16 taksi yolu, 500 təyyarə park tutumlu ümumi 6,5 milyon kvadrat metr böyüklüyündə anqar, yük və ümumi aviasiya terminalı, dövlət qonaq evi, təxminən 70 min avtomobil tutumlu açıq və qapalı avtopark, havaçılıq tibb mərkəzi, otellər, xilasetmə və qaraj mərkəzi, ibadətgahlar, konqres mərkəzi, güc stansiyaları və digər xidmətlər göstəriləcək. 10 milyard 247 milyon avroya başa gələcək havalimanının 2018-ci ilin sonunda sonunda tamamlanması gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr