Türkiyə liderlik rolunu üzərinə götürür

Türkiyə Orta Asiya və Afrikada liderlik rolunu üzərinə götürür.

83248
Türkiyə liderlik rolunu üzərinə götürür

Türkiye Orta Asiya və Afrikada liderlik rolunu üzərinə götürür.
Meşə və Su İşləri naziri Veysəl Eroğlu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO ilə Ankarada anlaşma memorandumu imzalayıb. Razılaşmaya görə , Türkiyə bir çox ölkələrə meşə, eroziya nəzarəti, quraqlıq təkilatlarına 10 milyon dollar yardım edəcək .Türkiyə bununla Orta Asiya və Afrikada liderliyi üzərinə götürəcək. Bu razılaşmanın Türkiyənin meşə fəaliyyətlərinin dünyaya tanıdılması üçün əhəmiyyətli bir razılaşma olduğunu ifadə edən nazir Eroğlu , Türkiyənin artıq kömək edən ölkə olduğunu söyləyib. Şimali Afrika Moritanyadan başlayaraq Yəmənə dək orta Asiya , Balkanlar , Qafqazlarla birlikdə fəaliyyətlərini daha da genişlədərək bu işlərdə iştirak etdiklərini deyən Eroğlu , "Türk Respublikaları , Şimali Afrika və Orta şərq ölkələriylə meşə sahəsindəki iş birliyimiz yeni bir mərhələyə qədəm qoyacaq deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr