Xarici işlər naziri Davudoğlu Tanzaniyaya səfərə gedib

Tanzaniyada yüksək vəzifəli şəxslərlə görüşəcək Davudoğlu Zenzibar adasında muxtar vilayətin prezidenti Əli Məhəmməd Seyn ilə bir araya gələcək.

77126
Xarici işlər naziri Davudoğlu Tanzaniyaya səfərə gedib

Xarici işlər naziri Əhməd Davudoğlu Tanzaniyaya rəsmi səfər edib.
Davudoğlu, Darüssəlimdə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Bernard Membe ilə görüşdükdən sonra Dəniz Qüvvələri Komandanlığının Darüssəlim Limanında olan Barbaros Türk Dəniz Vəzifə qrupunu ziyarət edəcək.
Tanzaniyada yüksək vəzifəli şəxslərlə görüşəcək Davudoğlu Zenzibar adasında muxtar vilayətin prezidenti Əli Məhəmməd Seyn ilə bir araya gələcək.
Davudoğlu, Darüssəlimdə Cibuti, Eritreya, Efiopiya, Keniya, Somali, Sudan, Uqanda və Tanzaniya Türk səfirlərinin iştirak edəcəyi regional toplantıya başçılıq edəcək.
Onu da qeyd edək ki, Türkiyə ilə Tanzaniya arasında ticarət dövriyyəsinin həcmi son illər artaraq 183 milyon dollara qədǝr yüksəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr